Pakistan iranlı iki generalı necə qoruyub?

Pakistan iranlı iki generalı necə qoruyub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SEPAH-ın generalı Rəhim Yəhya Səfəvi və SEPAH-ın komandanı Əhməd Vahidinin təhlükəsizliyi ilə bağlı kəşfiyyat məlumatlarını Pakistan milli kəşfiyyatı (İSİ) təmin edib.

Tribuna.az xəbər verir ki, bu iddia ilə İsraildə yayınlanan  “Kan” TV məlumat yayıb.

Məlumatda deyilir ki, eyni zamanda Pakistan ordusunun rəisi Asim Munir faktiki olaraq öz şəxsi nüfuzunu ortaya qoyaraq Səfəvinin sui-qəsdinə mane olub. “Əhməd Vahidi isə ümumiyyətlə özü öz təhlükəsizliyini qoruyub və təhlükəsizlik qaydalarına tam riayət edib və görünməyib. Munir hesab edib ki, General Səfəvinin sağ qalması İranda xaosu önləyə bilər. Eyni zamanda onlar düşünüblər ki, SEPAH-ı dizginliyə biləcək əsas şəxs məhz general Səfəvi və Vahididir”.

Fərda Uğur