Türkiyənin İzmir şəhərində yanmış qadın meyiti aşkarlanıb.
Tribuna.az bildirir ki, meyitin Əminə Dönməz olduğu təsbit edilib. Cəsədin yanında saxlanan Dilək adlı qadın etiraf edib ki, Dönməzi o yandırıb. Həmin şəxs deyib ki, Əminə anasının keçmiş qonşusudur. Onun sözlərinə görə, qadınla dostlaşıb, maşında gəzib, amma avtomobildə pisləşib və öskürməyə başlayıb. O, kömək üçün qadının kürəyinə vurduğunu, bu zaman Əminənin başının çırpılıb öldüyünü etiraf edib. Dilək qorxusundan meyiti yandırdığını bildirib.
Həsən Ağa









