“Bakıdakı tıxaclar həyat tərzimizə çevrilib və biz artıq bunlara öyrəşmişik. Bax, bu pisdir. 2 saat dünən tıxacda qalmışam. Nə qədər hirslənsəm də, nə qədər qışqırıb-çığırsam da guya nə düzələcək?! Yol açılacaq?! Ona görə də maksimum sakit olmağa çalışıram. Əslində sakit adam deyiləm, amma tıxada sakit oluram. Özümə 2-3 yer tapmışam. Həmin yerlərlə hərəkət edirəm, çünki ora nisbətən az tıxaclıdır. Amma çox adam əsəbləşir, hirslənir”.
Tribuna.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında aktrisa-musiqiçi, uzun illərin peşəkar sürücüsü Leyli Axundova deyib.
O daha sonra tıxacdan çıxış yollarından danışıb:
“Tıxacdan yeganə çıxış yolu budur ki, rayondan gələn maşınları şəhərə qoymasınlar. Məktəblərdə xüsusi avtobuslar olmalıdır ki, hər valideyn övladını maşınla məktəbə təhsil ocağına aparmasın. Bir evdən gündəlik bilirsiniz nə qədər maşın çıxır?! Sıxlığı yaradan da daha çox onlardır. Bir də ölkəyə Kitay maşınları çox gəlir. Bu idxalı da minimuma endirsələr nisbətən sıxlığ azalar”.









