Netanyahu BMT Baş Assambleyasına səfəri zamanı Nyu-Yorkda həbs edilməlidir.
Tribuna.az “CNN”ə istinadən xəbər verir ki, bunu Nyu-York meri Zohran Mamdani deyib.
O, ABŞ Prezidenti Donald Trampla görüşündən sonra İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı sərt açıqlamalar verib.
Mer Netanyahu barədə “müharibə cinayətkarı” və “Fələstin xalqına qarşı törədilən dəhşətli soyqırımın memarı” ifadələrini işlədib.
Qeyd edək ki, Benyamin Netanyahu bu həftə BMT-də çıxış edəcək. Onun səfərinə qarşı bir neçə etiraz aksiyasının keçirilməsi planlaşdırılır.









