NİDERLANDDAN UKRAYNANIN QƏLƏBƏSİ ÜÇÜN “PATRİOT”…

NİDERLANDDAN UKRAYNANIN QƏLƏBƏSİ ÜÇÜN “PATRİOT”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Almaniyadan sonra Niderland da Ukraynaya “Patriot” raket kompleksi verəcək. Qərarı Niderland baş naziri Mark Rütte Vaşinqtonda prezident Bayden ilə görüşündə elan edib. Rütte müharibədə Ukraynanın qələbəsini təmin etməyi əsas hədəf kimi vurğulayıb.

Tribuna.az-ın məlumatına görə, artıq “Patriot”un istifadə qaydalarının ukraynalı hərbçilərə öyrədilməsi üçün ABŞ-da təlimlər başlayıb və qısaldılmış proqram üzrə 10 həftə davam edəcək.
Politoloq Şahin Cəfərli qeyd edib ki, Almaniyanın federal kansleri Olaf Şolz isə Ukraynaya “Leopard” tanklarının verilməsi ilə bağlı müttəfiq ölkələrlə müzakirələrə başladıqlarını bildirib.