Nəsimidə dekabrda səyyar qəbullarda sakinlərin müraciətləri dinlənilib – Fotolar

Nəsimidə dekabrda səyyar qəbullarda sakinlərin müraciətləri dinlənilib – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin dekabr ayı ərzində Nəsimi rayonu ərazisində RİH başçısı Asif Əsgərov tərəfindən səyyar qəbullar və yerlərdə görüşlər keçirilib. Keçirilən   4 səyyar qəbul və görüşlərdə 600-dən çox sakinin iştirakı ilə 50-ə qədər çox müraciət dinlənilib.

Tribuna.az xəbər verir ki, vətəndaşların müraciətləri əsasən ağacların budanması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin və s. məsələlərlə bağlı olub.

Qəbullarda edilmiş müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.

Qəbul və görüşlərdə sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu barədə mütəmadi olaraq məlumat verilib.