Nəriman Abbasovun növbəti rəqibinin adı açıqlanıb

Nəriman Abbasovun növbəti rəqibinin adı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın yüngül çəkidə MMA idmançısı Nəriman Abbasovun növbəti rəqibi bəlli olub.

Tribuna.az-ın məlumatına görə, bu barədə 29 yaşlı döyüşçünün şəxsi məşqçisi Şəhriyar Abbasov özünün feysbuk səhifəsində paylaşım edib.

Abbasov “Naiza Fighting Championship” turnirində qazaxıstanlı Fanil Rafikovla üz-üzə gələcək. Qarşılaşma bu ilin martında keçiriləcək.

Qeyd edək ki, Nəriman Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən “Dana White’s Contender Series” (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə uduzub.