Nəqliyyat qiymətləri arta bilər – AÇIQLAMA

Nəqliyyat qiymətləri arta bilər – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ayrıca zolaq ayırıb sürət avtobusu adı altında qiyməti artırmaq heç bir problemi həll etməyəcək”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli yeni xəttə buraxılan E1 avtobuslarında qiymətin qaldırılmasına münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, çox güman ki, yaxın gələcəkdə ümumi nəqliyyat qiymətlərinin artmasının şahidi olacağıq:
“Bakı şəhərində bunun təcrübəsini yaşamışıq. Yəni Bakının müxtəlif küçələrində avtobus zolaqları tətbiq olunsa da, bu tıxacla bağlı hansısa bir problemi həll etmədi. Sadəcə bu, qiymətlərin artırılmasının bir mərhələsi, pilləsi ola bilər. Çünki Bakı şəhərinin infrasturukturu ayrıca yollar üçün nəzərdə tutulmayıb. Bu təcrübə İstanbulda var. İstanbulda “metrübüs” deyilən ayrıc yollar var. Bunlar əsas yoldan müxtəlif sədlərlə ayrılıb. Yəni, o yola girmək mümkün deyil və ayrıca bir xəttir. O xətt vasitəsilə “metrübüs” adlanan bu avtobuslar fəaliyyət gösterir. Avropanın bir çox şəhərlərində də bənzər yanaşmalar mövcuddur. Amma bizdə bunun heç bir effekti yoxdur. Ona görə də Bakı şəhərində belə bir infrastrukturun qurulması çox çətindir, hətta tıxac problemini həll edəcəyinə ümid azdır. Çox güman ki, bu yolla bir müddətdən sonra nəqliyyat qiymətlərinin artırılması baş verəcək. Yaxın gələcəkdə ümumi nəqliyyat qiymətlərinin artmasının şahidi olacağıq”