Gələcək Azərbaycan Partiyasının sədri, sabiq spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu Mili Azadlıq Hərəkatının liderlərindən olmuş Nemət Pənahlını yıxıb-sürüyüb. Tribuna.az məlumat verir ki, partiya sədri bu haqda sosial media hesabında yazıb.
“Az öncə mənə dost partiya sədrlərindən biri Nemət Pənahlının TV Müsavat kanalında Sevinc Telman Qızının təqdimatında yayımlanmış müsahibəsindən bir fraqman yolladı.
Məlum fraqmanda bu xəstə təfəkkürlü şəxs Azərbaycan Respublikası Milli Məclisinin ilk sədri Rəsul Quliyevin qeybətini eləməklə məşğul olduğunu gördüm. Öz səviyyəsinə uyğun güya nəsə danışır. Danışdığı yalanlara da rəhmətə getmiş mərhum prezident Heydər Əliyevi şahid göstərir… Amma rəhmətlik Heydər Əliyevin onun barəsində media önündə, xalq önündə dediyi sözləri görünür unudub… İndi bu debil o qədər irəliləyib ki, təkcə Rəsul Quliyevə daş atmır, hətda “Heydər Əliyev mənlə məsləhətləşmədən bir addım atmırdı” deyəcək qədər ağlını itirib. Sən kim olmusan ki, Heydər Əliyev kimi dərin bir dövlət adamı sənin kimi orta təhsilli, dar düşüncəli, özündən müşdəbeh bir avanturistlə məsləhətləşib dövlət idarə etsin?! Bu nağıllara yalnız sənin ağılda olan şəxslər inana bilər.
Nə hikmətdirsə onun bütün söhbətlərində, bütün məsələlərdə şahid göstərdiyi şəxslər həyatda heç vaxt olmayıb. Rəhmətə getmiş şəxsiyyətləri özünə şahid göstərməklə ömür-gün sürən, özünün də dediyi kimi “arvad hesabına” yaşayan, özünü hamıdan ağıllı sayan, əslində isə heç kim olan bu yaramaz dələduzun görünür Badandartda tikdirdiyi imarət yarımçıq qalıb…
Sabiq spiker korrupsionerləri hədəf seçir, “5-ci kalondan” ölkənin təmizlənməsinin vacibliyinə toxunur, Ramiz Mehdiyevi, Vasif Talıbovu və bu gün vəzifədə olan irili-xırdalı rüşvət və korrupsiya piramidasının başında dayanmış məmurlardan ölkəni xilas etmək lazımdır deyir, Prezident Əliyevin bu qətiyyətli islahatlarına öz dəstəyini verir, pəhanını və nemətini itirmiş Nemət Pənahlı da Rəsul Quliyevi öz aləmində “hədəf” seçir. Açıq aydın görünür ki, Rəsul Quliyev doğru nöqtəyə vurub. O nöqtəyə ki, o nöqtənin mərkəzində bu xəstəyə himayadarlıq etmiş korrupsioner çoban dayanıb…
Abır yox, həya yox. “Arvad hesabına” yaşadığını iddia etmək üçün hansı kişisəl keyfiyyətlərə sahib olmaq lazım olduğuna toxunmağı sadəcə ayıb bilirəm. Sən demə bu psixoloji problemləri olan şəxs Badandarta tikdirdiyi imarəti də “arvad” hesabına tikdirirmiş… Ayıbdır. Yaramazlığıva heç olmasa hicablı xanımıvı qatma!
Yalan danışmağı ki, sən yaxşı bacarırsan…
Mənimlə “Qış Parkı”nda rastlaşdıqda danışdığın (dostlarımın bağında ağac belləyib ailəmi saxlayıram) yalanı heç olmasa danışardın… Ay “Mersedes” açarından imtina edən “qəhrəman” “Qış Parkı”nda mənlə rastlaşanda “Rəsul Quliyevdən xahiş elə mənim adımdan, lap nömrəsini ver özüm xahiş edim…” Və bütün bu söhbətlər səlahiyyətli nümayəndəm Aslan Hamidlinin, Gələcək Azərbaycan Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Rəşid Nazimin yanında olub. Səndən fərqli olaraq mənim göstərdiyim şəxslər ölməyiblər, həyatdadırlar.
Anlayıram, ikili, bəlkə də üçlü həyat yaşayırsan. Xəmirin belə yoğrulub. Əmin ol, sənin kimi şəxsiyyəti deqradasiya uğramış birinin Rəsul Quliyev kimi dövlət adamı haqqında nəsə deməsini heç kim ciddiyə almır. Mən sadəcə sənin kimi həyassız adamın yaddaşını təzələməyi, yerini göstərməyi və səni yaxından tanımayanlara sənin simasızlığını bir daha izah etməyi özümə borc bildim. Mənliksiz adamlardan zatən kişilikdən və ləyaqətsizlikdən başqa hər şey gözləmək olar. Mən heç də təccüblənmədim.
Və son olaraq: Nemət Pənahlının bu xəstə avanturyası bir daha Rəsul Quliyevin haqlı olduğunu ortaya qoydu. Açıq görsəndi ki, müxalifət düşərcəmizdə həqiqətən də Nemət Pənahlı timlalında ağır psixoloje xəstəlikdən əziyyət çəkənlər mövcuddur və bu acı həqiqətdir. Allah şəfa versin…
Tribuna.az









