ABŞ və İranın nüvə danışıqlarını bərpa etməsindən sonra neft qiymətləri “oynamağa” başlayıb.
Tribuna.az xəbər verir ki, iki gün öncə ucuzlaşan neft dünən bahalaşıb.
Lakin bu da son olmayıb. Belə ki, Brent markalı neftin qiyməti 0.14 dolar bahalaşaraq, 70.89 dollar olsa da, bu səhər ucuzlaşaraq, 70.70 dollara enib.
Analoji vəziyyət ABŞ-ın Qərbi Texas Intermediate markalı xam nefti üçün də keçərlidir. Belə ki, dünən 65.50 dollara qalxan neft, bu gün səhər 65,20 dollara düşüb.
Fərda Uğur









