Misli Premyer Liqasının 16-cı turunda “Neftçi” əzəli rəqibi “Qarabağ”a ağır məğlubiyyətə uğrayıb – 0:4.
Tribuna.az xəbər verir ki, “ev”dəki bu ağır məğlubiyyət “Neftçi” azarkeşlərinin etirazına səbəb olub. Matçın sonlarından başlayaraq, onlar klubun prezidenti Kamran Quliyevi istefaya səsləyiblər. “Kamran istefa” deyə azarkeşlər etiraz ediblər.
Əlavə edək ki, bu mövsüm ilk dövrədə də “Neftçi” “Qarabağ”a uduzub – 0:3. Hazırda onlar turnir cədvəlində lider “Qarabağ”dan düz 12 xal geri qalmaqla 3-cü yeri tutur.









