NED PRAYS: “ABŞ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ ÜÇÜN VASİTƏÇİLİK TƏKLİFİNİN ƏLEYHİNƏ DEYİL”

NED PRAYS: “ABŞ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ ÜÇÜN VASİTƏÇİLİK TƏKLİFİNİN ƏLEYHİNƏ DEYİL”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir vasitəçilik təklifinin əleyhinə deyil.

Tribuna.az Armenpress-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Bu, onun jurnalistin Qərbin nizamlanma səylərinin niyə Rusiyadan daha üstün olması ilə bağlı sualına cavabıdır. Jurnalist Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiyanın vasitəçilik səylərinə əməl olunarsa, problemin həllinin daha asan olacağı ilə bağlı son açıqlamasını xatırladıb.

“Bu, tərəflərə ünvanlanmış bir sualdır və biz heç bir vasitəçilik təklifinə qarşı çıxmaq fikrində deyilik və əslində biz vasitəçi deyilik. Biz hər iki ölkə üçün tərəfdaşıq. Düşünürəm ki, biz sözdə və əməldə hər iki ölkə ilə münasibətlərimizin xarakterini, iki ölkəni birləşdirmək bacarığımızı, Ermənistan və Azərbaycan arasında münasibətlərdə gələcək tərəqqiyə kömək etmək iradəmizi və hazırlığımızı göstərmişik”, – Ned Prays bildirib.

O vurğulayıb ki, bu səylərin məqsədi Rusiya ilə rəqabət deyil, münaqişənin həllidir.

“Biz bunu Moskva ilə rəqabət aparmaq üçün etmirik. Biz bunu bu iki ölkə arasında uzun müddətdir davam edən mübahisənin və çox təəssüf ki, martın 5-də baş verən kimi daim insanların həyatına son qoyan mübahisənin həllinə nail olmaq üçün edirik. Biz regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıyıq. Bu, həm də Ermənistan və Azərbaycan xalqlarının maraqlarından irəli gəlir”, – ABŞ Dövlət Departamentinin nümayəndəsi yekunlaşdırıb.