NAZİRLİYİN FƏNN OLİMPİADASINDA CİDDİ NÖQSANLAR… “SAVADSIZLAR ƏLİNDƏ QALMIŞIQ” – EKSPERT

NAZİRLİYİN FƏNN OLİMPİADASINDA CİDDİ NÖQSANLAR… “SAVADSIZLAR ƏLİNDƏ QALMIŞIQ” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyi sertifikasiya imtahanında müəllimlərin bəzi sözləri düzgün yaza bilmədiyini qınamış və hətta savadsız adlandırmışdı. Hörmətli Elm və təhsil naziri Emin Əmrullayev də hətta dəfələrlə demişdi ki, görün uşaqlarımıza kim dərs deyir. Əlavə edirdi ki, razı olarsınızmı övladınıza sözün düzgün yazılışını bilməyən müəllimlər dərs desin?

Dünən Elm və Təhsil Nazirliyi Fənn olimpiadası keçirib. Ədəbiyyat fənnindən təqdim olunmuş H. Cavidin əsərinin adını “İblis” yerinə “İlbis” yazıblar.

Tribunainfio.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat paylaşıb. Fənn olimpiadasını təhlil edən eskpert bildirib ki, çox ciddi qüsurlar var:

“İmtahan suallarını bir insan yoxlamır. O sualı tərtib edən, korrektə edən rahat otaqda çayını içə-içə sualları yoxlayır. Amma müəllimlər İmtahanda gərgin şəraitdə, kompüter qarşısında az vaxtda imtahan verirlər. Əlbəttə ki, yaşlı müəllimlər bu şəraitdə diqqətsizliyə yol verə bilər.
İndi maraqlıdır, belə diqqətsiz, savadsız şəxslər uşaqlarımızın təhsilini idarə edə bilərmi?
Bu savadsızlar səhv edə bilər, müəllim səhv edəndə olmaz?
Hələ B – variantında HAQQ-ƏDALƏT sözü niyə böyük hərflərlə yazılıb? Fənn olimpiadasını təhlil edirəm, çox ciddi qüsurlar var.

Savadsızlar əlində qalmışıq”.

Tribunainfio.az