Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri vəzifəsinə təyinat olub.
Tribuna.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının baş naziri Cabbar Musayev sərəncam imzalayıb.
Sərəncama əsasən, Abbas Zaman oğlu Muxtar-zadə Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edilib.









