“Naxçıvanda kiminsə kefinə görə tətbiq edilən qadağalar ləğv olunacaq”

“Naxçıvanda kiminsə kefinə görə tətbiq edilən qadağalar ləğv olunacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Naxçıvanda qanundankənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq”.

Tribuna.az xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Real TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır: “Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır”.