NAXÇIVAN ALİ MƏCLİSİ LƏĞV EDİLİR – XÜSUSİ HAZIRLIQ…

NAXÇIVAN ALİ MƏCLİSİ LƏĞV EDİLİR – XÜSUSİ HAZIRLIQ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Ali Məclisinin ləğvinə hazırlıq gedir. Bununla bağlı Tribuna.az-a mötəbər qaynaqlardan xəbərlər sızıb. Məlumatda Naxçıvan Ali Məclisinə zərurət qalmadığı qeyd olunur. Prezidentin səlahiyyətli nümayəndəsi təyin edildikdən sonra idarəçilik birbaşa dövlət başçısının nəzarətində olduğu üçün çoxhakimiyyətliliyə ehtiyac qalmır. Bu halda Naxçıvan Nazirlər Kabineti və Ali Məclis struktur olaraq demontaj edilə bilər. Hətta bu günlərdə naxçıvanlı deputat Fazil Mustafa da Ali Məclisi ləğv etməyə çağırmışdı. Çünki həm Ali Məclis, həm Nazirlər Kabineti muxtar respublikanı idarə etmək səlahiyyətlərini özündə daşıyır. Məlumatlı qaynaq bildirir ki, Naxçıvan muxtar respublika statusunun ləğvi də gözlənilir.

Tribuna.az