Şimali Atlantika Alyansı – NATO Parlament Assambleyası Rusiya Federasiyasını terrorçu ölkə kimi tanıdı. NATO PA üzvləri yekdilliklə Rusiya Federasiyasının cinayətləri üzrə xüsusi beynəlxalq tribunalın yaradılması qərarını qəbul edib.
Tribuna.Az xəbər verir ki, NATO PA-da qəbul edilmiş sənəddə Ukrayna ilə bağlı qərarlar da var. Qərara əsasən silah təchizatının artırılması da nəzərdə tutulub.
Həmçinin Ukraynanın NATO-ya daxil olması planının hazırlanması; Rusiyadan Ukraynanın xeyrinə təzminatların alınması mexanizminin yaradılması.
Sənəddə Alyansın lazım olduğu müddət ərzində Ukraynaya dəstək prinsipi öz əksini tapıb.
Nigar









