Mundiallar tarixində ən çox oyun keçirən futbolçular

Mundiallar tarixində ən çox oyun keçirən futbolçular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.

“Report” IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, mundiallarda ən çox oyuna çıxmış futbolçuların siyahısı açıqlanıb.

Sıralamanın birinci pilləsində Lotar Matteus qərarlaşıb. Almaniya millisinin keçmiş üzvü 25 dəfə dünya çempionatı matçında forma geyinib. O, bunu 5 mundialda bacarıb.

İlk dəfə DÇ-1982-də meydana çıxan Matteus sonuncu dəfə DÇ-1998-də bu həyəcanı yaşayıb.

İkinci pillədə Matteusun həmyerlisi Miroslav Kloze yer alıb. Keçmiş hücumçu 4 mundialda ümumilikdə 24 oyunda iştirak edib.

İtaliyalı əfsanəvi müdafiəçi Paolo Maldini üçüncü pillədədir. İtaliya yığmasının sabiq kapitanı dünya çempionatlarında 23 dəfə forma geyinib. Amma meydanda keçirdiyi vaxt baxımından Maldini hər kəsi qabaqlayır. O, 4 mundialda 2217 dəqiqə meydanda olub.

Maraqlıdır ki, Matteusun rekordu bu dünya çempionatında qırıla bilər. Əgər Argentina millisi finala çıxsa və hazırda 19 oyun keçirmiş Lionel Messi finala qədər bütün matçların iştirakçısı olsa, 26 oyunla yeni rekord müəyyənləşəcək.

Dünya çempionatlarında ən az 19 oyun keçirmiş futbolçuların siyahısını təqdim edirik:

Futbolçu Ölkəsi Oyun sayı Dünya çempionatları
1 Lotar Matteus Almaniya 25 1982(2), 1986(7), 1990(7), 1994(5), 1998(4)
2 Miroslav Kloze Almaniya 24 2002(7), 2006(7), 2010(5), 2014(5)
3 Paolo Maldini İtaliya 23 1990(7), 1994(7), 1998(5), 2002(4)
4 Uve Siler Almaniya 21 1958(5), 1962(4), 1966(6), 1970(6)
Vladislav Jmuda Polşa 21 1974(7), 1978(6), 1982(7), 1986(1)
Dieqo Maradona Argentina 21 1982(5), 1986(7), 1990(7), 1994(2)
7 Qjegorz Lato Polşa 20 1974(7), 1978(6), 1982(7)
Kafu Braziliya 20 1994(3), 1998(6), 2002(7), 2006(4)
Filipp Lam Almaniya 20 2006(7), 2010(6), 2014(7)
Bastian Şvaynştayger Almaniya 20 2006(7), 2010(7), 2014(6)
Xavier Masçerano Argentina 20 2006(5), 2010(4), 2014(7), 2018(4)
12 Volfqanq Overat Almaniya 19 1966(6), 1970(6), 1974(7)
Berti Foqts Almaniya 19 1970(6), 1974(7), 1978(6)
Karl-Haynz Rummenigge Almaniya 19 1978(5), 1982(7), 1986(7)
Ronaldo Braziliya 19 1998(7), 2002(7), 2006(5)
Per Mertezaker Almaniya 19 2006(6), 2010(7), 2014(6)
Rafael Markez Meksika 19 2002(4), 2006(4), 2010(4), 2014(4), 2018(3)
Lionel Messi Argentina 19 2006(3), 2010(5), 2014(7), 2018(4)