Müəllim kimi fəaliyyət göstərmək istəyən bir xanım gələcək iş təyinatı ilə bağlı ekstrasens Zirəddin Rzayevə müraciət edib.
Tribuna.az xəbər verir ki, canlı yayıma qoşulan müəllimə növbəti imtahandan sonra hansı bölgəyə təyinat alacağını öyrənmək istədiyini bildirib. Onun sözlərinə görə, əvvəlki imtahanlardan sonra hər dəfə rayonlara göndərilib.
Müəllimə növbəti təyinatının Bakı, yoxsa regionlardan biri olacağını soruşub.
Ekstrasens Zirəddin Rzayev isə cavabında bu il Bakıya təyinat alma ehtimalının olmadığını bildirib.
Sosial şəbəkələrdə yayılan video istifadəçilər arasında müzakirələrə səbəb olub.
Videonu təqdim edirik:
Gülşən Rəsul









