Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Tribuna.az  xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, TDT çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nazirlər, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar.