Müdafiə Nazirliyi ermənilərin iddiasını YALANLADI

Müdafiə Nazirliyi ermənilərin iddiasını YALANLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”.

Bu barədəTribuna.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.