Modinin Meloniyə hədiyyəsi gülüş doğurdu

Modinin Meloniyə hədiyyəsi gülüş doğurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Baş naziri Corciya Meloni hindistanlı həmkarı ilə birlikdə maraqlı paylaşım edib.

 Tribuna.az xəbər verir ki, o, sosial şəbəkə hesabında Hindistanın Baş naziri Narendra Modinin hədiyyəsini izləyiciləri ilə bölüşüb.

“Cənab Modi mənə çox yaxşı konfet hədiyyə edib. Adı “Melody”dir”, – deyə Meloni gülərək deyib.

Digər tərəfdən, Hindistanın Baş naziri İtaliyaya səfəri ilə bağlı qısa fikirlərini öz sosial media hesabında bölüşüb:

“Romaya eniş etdikdən sonra Baş nazir Meloni ilə nahar etmək, ardınca isə məşhur Kolizeyi ziyarət etmək imkanım oldu. Geniş mövzular üzrə fikir mübadiləsi apardıq. Bu gün Hindistan-İtaliya dostluğunu gücləndirmək barədə söhbətimizi səbirsizliklə gözləyirəm”.