Məzuniyyətə gələn əsgər özünü asdı

Məzuniyyətə gələn əsgər özünü asdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda hərbi xidmətdən məzuniyyətə gələn əsgər intihar edib.

TİA.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.

Kənd sakini, 2003-cü il təvəllüdlü Şahbazov Murad Zahir oğlu yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
İntiharın səbəbi hələlik müəyyən deyil.
Faktla bağlı araşdırma aparılır.