Messinin sevgi macərası – Fotolar

Messinin sevgi macərası – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya çempionatı bitsə də, müzakirəsi, həyəcanı bitmir. Xüsusilə çempion Argentina milli komandasının kapitanı Lionel Messi diqqətdən yayınmır. Onunla bağlı hər məqam xüsusiləşdirilir, müzakirə edilir. Bəli, nəhayət o, dünya çempionudur. Leonun bu qələbə üçün böyük motivasiyası var idi: dövrümüzün ən yaxşı oyunçusu adını təmin etmək şansı.

Kuboka gedən yolda onu dəstəkləyənlər arasında ilk olaraq ailəsi var idi. Fotodan da görünür ki, Messinin ən yaxşı dostları məhz onlardır.

Fotodakı xanım yaxından tanıdığınız Antonela Rakuzzodur. O, Leonun uşaqlıq dostu və 2017-ci ildən həyat yoldaşıdır. Hər ikisi əslən Argentinanın Rosario şəhərindəndir. Yeddi yaşında tanış olublar. Cütlüyün üç övladı var: Tyaqo, Matteo və Çiro.

Leo Antonella ilə onun qardaşı və “Nyuels”dəki komanda yoldaşı Lukas Skaliya vasitəsilə tanış olublar. Həmin vaxtlar onların dostluq münasibətləri başlayıb. 2000-ci illərin əvvəllərində Leo Barselonaya köçsə də, Antonella Argentinada qalmalı olub. O, qidalanma mütəxəssisi kimi təhsil alıb və qadınların fitnes mərkəzində işləyib. Bir müddət uzaqdan ünsiyyət qurmalı olublar.

Dostlar yalnız 2004-cü ildən görüşməyə başlayıblar. Antonellanın ən yaxın dostu avtomobil qəzasında öldükdən sonra Leo onu dəstəkləmək üçün Argentinaya uçmalı olub. O vaxtdan bəri ayrılmayıblar.

Messidən əvvəl Antonellanın üç ildir münasibətdə olduğu sevgilisi var idi. Lakin Leo geri dönən kimi ondan ayrıldı. Antonellanın keçmiş sevgilisi yerli nəşrlərdən birinə bu barədə maraqlı açıqlama verib:

“O, məni tərk etdi, amma ən azı hansısa qocaya görə yox – Messi üçün”.

2022-ci il dünya çempionatından əvvəl Leo Antonella ilə münasibətləri və ona olan sevgisi barədə danışıb:

“Antonellanı yeddi yaşımdan tanıyıram. Mən Barselonaya gələndə daim ünsiyyət qurmağın heç bir yolu yox idi. Həftədə bir dəfə danışırdıq və qısa zənglər olurdu. Amma bütün həyatım boyu beynimdə Antonella olub”.