PSJ-nin hücumçusu Lionel Messinin klubu ilə imzalayacağı yeni müqavilənin detalları müəyyənləşib.
Argentinalı oyunçu Paris təmsilçisi ilə “1+1” sxemi üzrə müqaviləni uzadacaq. Bu baMessinin klubla müqaviləsinin uzadılması ilə bağlı prinsipial razılıq futbolçunun atası Xorxe ilə PSJ-nin idman direktoru Luis Kampos və klubun sahibi Nasser Əl-Xəlaifi ilə 4 aylıq danışıqlardan sonra əldə olunub.
Messi müqavilənin bütün şərtləri ilə razılaşıb. Müqavilənin müddəti iki il olacaq, müqavilə “1+1” sxemi üzrə imzalanacaq. Onun maaşı hazırkı müqavilədən çox olacaq.









