Məşhur maliyyə bestsellerinin müəllifinin 1,2 milyard dollar borcu üzə çıxdı

Məşhur maliyyə bestsellerinin müəllifinin 1,2 milyard dollar borcu üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maliyyə savadlılığı haqqında “Varlı ata, kasıb ata” kitabının müəllifi Robert Kiyosakinin 1,2 milyard dollar borcu olduğu üzə çıxıb.

Tribuna.az xəbər verir ki, “New York Post” nəşri yazıçının borcunu “heyrətamiz” adlandırıb.

79 yaşlı müəllif borclarını müdafiə edərək borc vəsaitləri hesabına daşınmaz əmlaka investisiya yatırmağın varlı insanların strategiyası olduğunu bildirib.

“Belə etmək olmaz, elə deyilmi? Amma mən bu elmi 1974-cü ildən öyrənirəm… Əgər borcdan istifadə etməyi öyrənmək istəyirsinizsə, bunun üçün müvafiq təhsil almaq daha yaxşıdır”, dseyə o, podkastların birində bildirib.

Onun keçmiş həyat yoldaşı və biznes tərəfdaşı Kim Kiyosaki isə 1,2 milyard dollar rəqəminin jurnalistlər tərəfindən yanlış başa düşüldüyünü və bestseller müəllifinin real borc məbləğinə uyğun gəlmədiyini deyib.

“Partnyorlarımızla birlikdə çoxlu yaşayış binalarımız var. Beləliklə, texniki baxımdan, bəli, bütün bu borclar bizdədir”, deyə o bildirib. Kim Kiyosaki kreditlərin daşınmaz əmlakla bağlı olduğunu və Robert Kiyosakinin həmin borclardakı şəxsi payının böyük olmadığını vurğulayıb.

Daşınmaz əmlakının dəyəri artdıqca yazıçı yüksəlmiş kapitalı girov qoyaraq əlavə vəsait cəlb edir və kreditlər hesabına əldə etdiyi pulları vergiyə cəlb olunmayan gəlir kimi nəzərdən keçirir.

“Vanity Fair”in hesablamalarına görə, müəllifin borcdakı şəxsi payı 30-60 milyon dollar arasında ola bilər.