Latviyanın baş naziri: Kruassan və qəhvə istəyirsinizsə, Ukraynanı dəstəkləyin

Latviyanın baş naziri: Kruassan və qəhvə istəyirsinizsə, Ukraynanı dəstəkləyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada rahat yaşamaq, səhərlər təhlükələr barədə düşünmədən kruassan yemək və qəhvə içmək istəyənlər Ukraynaya dəstək verməlidir.

Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Latviyanın Baş naziri Andris Kulberqs bildirib. Onun sözlərini “The Guardian” nəşri yayıb.

“Hazırda son dərəcə vacib bir məqamdır. Əgər Avropada rahat yaşamaq, səhərlər kruassan yemək, qəhvə içmək və təhlükələr barədə düşünməmək istəyiriksə, Ukraynanı dəstəkləməliyik”, – deyə Kulberqs vurğulayıb.

Baş nazir həmçinin ABŞ-ın İranla müharibəsinin və Hörmüz boğazında yaranmış böhranın Rusiyanın neft gəlirlərinin artmasına şərait yaratdığını bildirib. Onun sözlərinə görə, bu hadisələr Moskvanın iqtisadi vəziyyətini yaxşılaşdırmasına imkan verib.

Kulberqs oktyabrın 15-də də avropalıları Ukraynaya yardımı artırmaq üçün şəxsi rahatlığa çəkilən xərcləri azaltmağa çağırıb. O bildirib ki, hər bir avropalı ildə cəmi bir bokal pivədən imtina etməklə Ukraynaya dəstəyə töhfə verə bilər.

“The Guardian”ın məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski Brüsseldə keçirilən Avropa İttifaqı sammitində ölkəsinin Avropa liderlərinin diqqət mərkəzində qalması üçün çətin mübarizə aparmalı olub. Enerji qiymətləri ilə bağlı narahatlıqlar və Aİ büdcəsi ətrafındakı fikir ayrılıqları Ukrayna məsələsinin diqqətdən kənarda qalması riskini artırır.

İmran Kərimli