İstanbul boğazının rəngi dəyişdi

İstanbul boğazının rəngi dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində bir neçə gün davam edən aramsız leysan yağışları boğazın bəzi hissələrində dəniz suyunun rənginin dəyişməsinə səbəb olub.

Tribuna.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, hadisəyə sel sularının qurudan gətirdiyi palçıq və çöküntülərin dənizə qarışması səbəb olub.

Xüsusilə Eminönü sahillərində dəniz suyunun rəngi sahildən təxminən 200 metr məsafəyədək qəhvəyi rəng alıb. Bu mənzərə Eminönü sahillərindən Topqapı Sarayına qədər uzanan ərazidə müşahidə edilib.