Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, ümumi cərrah, transplantoloq Mircəlal Kazıminin adından saxta dərmanların satışı həyata keçirilir.
Tribuna.az xəbər verir ki, bu barədə həkim-cərrah özü məlumat paylaşıb. O bildirib ki, heç kimə lazım olmayan saxta dərmanlar onun adı ilə reklam edilir:
“Ləyaqətini itirmiş işbazlar adımdan istifadə edərək heç kimə lazım olmayan və saxta “dərman”- larını reklam edirlər. Mənimlə əlaqəsi yoxdur, aldanmayın!”.










