Meri Tramp Avropadan əmisinə qarşı qətiyyətli addımlar atmağı tələb etdi

Meri Tramp Avropadan əmisinə qarşı qətiyyətli addımlar atmağı tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın qardaşı qızı Meri Tramp Avropanı dayısına qarşı sərt mövqe tutmağa çağırıb.

Tribuna.az xəbər verir ki, xəbər verir ki, Meri Tramp “X” sosial şəbəkəsində paylaşım edərək Avropa ölkələrini Donald Trampın siyasətinə qarşı durmağa səsləyib. O, paylaşımında The New York Times (NYT) qəzetində dərc olunan məqaləyə istinad edib. Məqalədə bildirilir ki, Avropa rəsmiləri ABŞ liderinin Qrenlandiyanın ABŞ-a birləşdirilməsinə etiraz edən Avropa ölkələrinə qarşı rüsumlar tətbiq etmək hədələrinə cavab olaraq, sərt addımlar atmaq əvəzinə Vaşinqtonla danışıqlara üstünlük verməyə meyllidirlər.

“Mən bu uğursuz danışıqlar və sakitləşdirmə strategiyasından bezmişəm. Bu, ona yalnız daha çox güc verir. Ona qarşı durun!” — deyə Meri Tramp paylaşımında qeyd edib.

İmran Kərimli