MƏRAKEŞ MİLLİSİ DÇ-DƏ QAZANDIĞI MÜKAFATI YOXSUL AİLƏLƏRƏ XƏRCLƏYƏCƏK

MƏRAKEŞ MİLLİSİ DÇ-DƏ QAZANDIĞI MÜKAFATI YOXSUL AİLƏLƏRƏ XƏRCLƏYƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərakeş millisinin futbolçuları DÇ-2022-də qazandıqları bütün pul mükafatlarını xeyriyyə məqsədi ilə xərcləyəcəklər.

TRİBUNAİNFO.AZ xarici KİV-lərə istinadən xəbrə verir ki, onlar mükafatı öz ölkələrindəki yoxsul ailələrə yardım etmək üçün göndərmək qərarına gəliblər.

Mərakeşlilər dünya çempionatında yarımfinalda Fransaya 0:2,  üçüncü yer uğrunda görüşdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub. Mərakeş millisi çıxışına görə təxminən 25 milyon dollar qazanıb.

Mərakeşlilər dünya çempionatı tarixində turnirin yarımfinalına yüksəlməyi bacaran ilk Afrika komandası olub.