Məleykə Abbaszadə: Ədalət yalnız hamıya eyni qaydanı tətbiq etmək deyil

Məleykə Abbaszadə: Ədalət yalnız hamıya eyni qaydanı tətbiq etmək deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 388 şagird üçün əlavə imtahan keçirilib.

Tribuna.az  xəbər verir ki, bu barədə DİM sədri Məleykə Abbaszadə sosial media hesabında paylaşım edib.
O bildirib ki, əlavə imtahanın keçirilməsi yeni materialların hazırlanması, imtahan binalarının ayrılması və digər təşkilati proseslərin yenidən qurulmasını tələb edir. Onun sözlərinə görə, məqsəd üzrlü səbəbdən əsas imtahanda iştirak edə bilməyən şagirdlərin attestat almaq imkanından məhrum olmamasıdır.

“İmtahan prosesinin mərkəzində ilk növbədə insan dayanır”, – deyə M.Abbaszadə qeyd edib.

Əlavə imtahanda sağlamlıq imkanları məhdud 8 şagird də iştirak edib. Onlar üçün xüsusi zallar və fərdi nəzarətçilər ayrılıb, hərəkət məhdudiyyətli şagirdlərin rahatlığı üçün müvafiq şərait yaradılıb.

DİM sədri vurğulayıb ki, imtahan sistemində ədalət yalnız hamıya eyni qaydanı tətbiq etmək deyil:

“Bəzən ədalət hər kəsin həmin qaydalar çərçivəsində öz imkanından istifadə edə bilməsi üçün zəruri şəraiti yaratmaqdır”.