“Ordu quruculuğu silah almaqla deyil, üzləşdiyimiz problemlərin dəqiq qiymətləndirilməsi ilə başlamalıdır”.
Tribuna.az xəbər verir ki, bunu vaxtıyla Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşmüş separatçı Arman Petrosyan deyib.
O bildirib ki, hazırda İrəvanın əsas missiyası Azərbaycanın hansı hərbi imkanlarının olmasını, hansı təhdidlər yarada biləcəyini dəqiqləşdirməkdir. “Paralel olaraq, biz Azərbaycanı necə zərərsizləşdirə bilərik sualına da cavab tapmalıyıq”.
Petrosyan deyib ki, Ermənistanın məhdud resursları hesablanmış qərarlar və öz imkanlarına cavab verən müdafiə sistemi tələb edir. “Məqsədimiz başqalarının ordularını təqlid etmək deyil, Ermənistanın ehtiyac duyduğu bir ordu qurmaqdır”.
Fərda Uğur









