Kapital Bank pensiyaçılara verilən avans üzrə faizləri artırıb

Kapital Bank pensiyaçılara verilən avans üzrə faizləri artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kapital Bank” ASC-nin pensiya kartları üzrə təqdim etdiyi avans xidmətinin ödəniş şərtlərində dəyişiklik edildiyi bildirilir.

—n əldə etdiyi məlumata görə, əvvəllər 50 manat avans götürən pensiyaçıların növbəti pensiyasından 53 manat tutulurdusa, bu aydan həmin məbləğ 53 manat 50 qəpiyə yüksəlib.

Beləliklə, 50 manatlıq avans üzrə əlavə ödəniş 3 manatdan 3 manat 50 qəpiyə çatıb. Bu isə xidmət haqqının 6%-dən 7%-ə yüksəlməsi deməkdir.

Məlumata əsasən, pensiyaçılara avans götürmək təklifi bankomat vasitəsilə təqdim olunur. Müştəriyə növbəti pensiyadan tutulacaq məbləğ göstərilir və əməliyyatı təsdiqləmək və ya imtina etmək imkanı verilir.

Bildirilir ki, əvvəllər pensiyaçılar 50 manatdan yüksək məbləğdə avans götürə bilsələr də, son bir ilə yaxın müddətdə təklif olunan məbləğ 50 manatla məhdudlaşdırılıb.

Qeyd edək ki, avans xidməti pensiyaçılara növbəti pensiya ödənişini gözləmədən müəyyən məbləğdə vəsait əldə etməyə imkan verir. Götürülən məbləğ və xidmət haqqı növbəti pensiya ödənişindən tutulur.