Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Tribuna.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezidenti Administrasiyasının sosial şəbəkə hesabında məlumat yayılıb.
“Liderlər Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli münasibətləri, həmçinin regional və qlobal prosesləri müzakirə ediblər.
Söhbət zamanı Prezident Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan iki xalq arasındakı qardaşlıq bağlarından güc alaraq, əməkdaşlıqlarını daha da yüksək səviyyəyə qaldıracaq.
Prezident Ərdoğan həmçinin fürsətdən istifadə edərək Azərbaycanı müstəqilliyinin 35-ci ildönümü münasibətilə bir daha təbrik edib və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib”, – məlumatda bildirilib.









