Məktəbli forması qalmaqalı: Ekspert AÇIQLADI (VİDEO)

Məktəbli forması qalmaqalı: Ekspert AÇIQLADI (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçayda məktəbli forması ilə bağlı yayılan səs yazısı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Tribuna.az xəbər verir ki, səs yazısında məktəb rəhbərinin müəllimlərdən valideynlərin məktəbli formasını konkret mağazadan almasını tələb etdiyi iddia olunur.

Məsələ ilə bağlı təhsil eksperti Əmrah Həsənli paylaşım edərək bildirib ki, məktəb rəhbərliyi valideynə formanı hansı mağazadan alacağını məcburi şəkildə diktə edə bilməz.

Ekspertin sözlərinə görə, məktəb tərəfindən müəyyən edilmiş geyim standartlarına cavab verən formanı valideyn istədiyi yerdən seçə bilməlidir.

O, “məndən hesabat tələb olunur” kimi əsaslandırmanın da valideynin alış-veriş seçiminə müdaxilə üçün əsas ola bilməyəcəyini vurğulayıb.

Gülşən Rəsul