Yeni İl münasibəti ilə məktəblərdə bayram tədbirinin keçirilməsinə qadağa qoyulduğu iddia olunur.
Bu barədə məlumatlar “qaynar xətti”nə daxil olub.
İddialara görə, bayramın təşkil edilməyəcəyi ilə bağlı əvvəlcədən valideynlərə məlumat verilib. Məktəblər isə qərarın nə ilə əlaqədar olduğunu əsaslandırmayıblar.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən cavab olaraq bildirildi ki, iddialar yalandır. Bununla bağlı heç bir rəsmi qadağa yoxdur.









