Məktəb direktoru barəsində cinayət işi başlandı

Məktəb direktoru barəsində cinayət işi başlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə orta məktəb direktoru barəsində cinayət işi başlanıb.

Bərdə Rayon Prokurorluğundan  verilən məlumata görə, rayonun Güloğlular kənd ümumi orta məktəbinin direktoru Tinatin Rzayevanın qanunsuz əməlləri barədə araşdırma aparılıb. Araşdırma zamanı təhsil müəssisəsində 2015-2023-cü illərdə xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq davam edir.