Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi

Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bəxtiyar Hacıyev barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb.

Tribuna.az xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Bəxtiyar Hacıyevin vəkilinin verdiyi vəsatət təmin edilməyib və rədd edilib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq həbs edilib. Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.
Xatırladaq ki, ötən həftə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə Bakı Apellyasiya Məhkəməsində baxılmış, vəsatət təmin olunmamışdı.