Mədəniyyət Nazirliyi bir otağı 446 min manata hazırlayacaq

Mədəniyyət Nazirliyi bir otağı 446 min manata hazırlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC elan etdiyi iki tenderin nəticələrini açıqlayıb.

Tribuna.az xəbər verir ki, qurum iki ayrı şirkətlə anlaşıb.

Belə ki, MMC Şuşada Vaqif Poeziya Günlərinin təşkili ilə bağlı “ADMEDİA.AZ” MMC ilə satınalma müqaviləsi bağlayıb. Müqavilənin dəyəri 184 min 371 manat təşkil edir.

“Əsaslı Tikinti və Təchizat”ın ikinci tenderi isə Milli Azərbaycan Tarixi Muzeyi üçün Zəfər otağının yaradılması ilə bağlıdır. Nəticələrə görə, MMC bu işləri “SAFAROFF CA” MMC-yə həvalə edib. Tenderin həyata keçirilməsinə görə isə 446 min 311 manat vəsait ayrılıb.

Fərda Uğur