Mədəniyyət nazirinin yeni müavini kimdir? – DOSYE

Mədəniyyət nazirinin yeni müavini kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Yusifova Səadət Vidadi qızı Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.

2019-cu ilin dekabr ayının 3-də Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Bu vəzifəsindən əvvəl Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub.

Səadət Yusifova PA-da ilk dəfə hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

Səadət Yusifova 2013-cü ildə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə medalla da təltif olunub. O, Prezidentin 27 iyun 2013-cü il tarixli fərmanı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Hüquq üzrə fəlsəfə doktorudur.

Qeyd edək ki, Səadət Yusifova 1974-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Hüquqşünasları Konfederasiyasinin İdarə Heyətinin üzvüdür.