Mbappedən Kriştiano Ronaldoya təəccüblü mesaj (FOTO)

Mbappedən Kriştiano Ronaldoya təəccüblü mesaj (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Portuqaliya millisinin 1/4 finalda Mərakeşə məğlub olmasından sonra Kriştiano Ronaldonun sonuncu dəfə iştirak etdiyi dünya çempionatı macərası sona çatdı.
Qaynarinfo xəbər verir ki, Mərakeşə məğlubiyyətdən sonra göz yaşlarını saxlaya bilməyən superulduz turnir və baş verənlərlə bağlı açıqlama verib. Portuqaliya ilə dünya çempionatını qazanmağın karyerasının ən böyük iddiası olduğunu ifadə edən Ronaldo açıqlamasında, “Portuqaliya ilə də daxil olmaqla, beynəlxalq arenada bir çox kuboklar qazandım, lakin onu dünyada yüksəklərə çatdırmaq ən böyük arzum idi. Ölkəmiz üçün döyüşdüm, mübarizə apardım”, – sözlərini söyləyib.
Ronaldoya bir çox dünyaca məşhur idmançılar da mənəvi dəstəyini göstərib. Dünya futbolunun ən yaxşı oyunçularından biri “Futbol Kralı” ləqəbli braziliyalı Pele “Bizi güldürdüyün üçün sağ ol dostum”, basketbol tarixinin əfsanəvi ulduzlarından olan Lebron Ceyms isə ona “Əfsanə!” mesajını göndərib.
Ən təəccüblü şərh isə Kilian Mbappedən gəlib. 23 yaşlı ulduz Ronaldonun paylaşımına “Kral tacı”, “Təşəkkür və dua edirəm”, həmçinin “Keçi” emojiləri ilə şərh verib. Mbappenin şərhini qısa zamanda yüz minlərlə azarkeş bəyənib. Gənclik illərində kumirinin məhz Ronaldo olduğunu açıqlayan fransız ulduzun otağında portuqaliyalının afişalarının qarşısında dayanan fotosu da var.