Mbappe argentinalı qapıçının onu ələ salmasına münasibət bildirdi

Mbappe argentinalı qapıçının onu ələ salmasına münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa millisi və PSJ-nin futbolçusu Kilian Mbappe Argentina millisinin qapıçısı Emiliano Martines DÇ-2022-nin qalibi olmaları münasibətilə keçirilən bayram paradında etdiyi hörmətsizliyə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Martines finalda qalib gəldikləri Fransa millisinin hücumçusu Kilian Mbappenin şəklini oyuncaq kuklaya yapşıdırıb və parad zamanı nümayiş etdirmişdi. Mbappe “Strasbur”a qarlib gəldikləri Liqa 1 matçından (2:1) sonra bu sözləri deyib:

“Oyundan sonra onunla danışdım, təbrik etdim. Bu, onun üçün həyatının əsas hədəfi idi. Mənim üçün də elə idi, lakin uduzdum. Buna baxmayaraq, peşəkar olmalıyam. Martinesin o cür qeyd etməsi mənim problemim deyil. Enerjimi absurd şeylərə xərcləmirəm”.

Qeyd edək ki, hadisə Mbappenin PSJ-dəki komanda yoldaşı Lionel Messi gözü qarşısında olmuşdu.