“Mançester Yunayted” Ronaldonun yerinə bu hücumçunu gətirir

“Mançester Yunayted” Ronaldonun yerinə bu hücumçunu gətirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Yunayted” Kriştiano Ronaldonun əvəzləyicisini tapıb.

“Qırmızı şeytanlar”la “Atletiko”dan ayrılmaq istəyən Joao Feliksi heyətinə qatmaq istəyir. Hər iki futbolçunun meneceri olan Jorje Mendes həm Ronaldo, həm də Feliks üçün yeni komanda axtarışındadır.

“Mançester Yunayted” yanvar ayında 22 yaşlı hücumçunu icarə əsasında transfer etməyə çalışacaq.

Qeyd edək ki, Kriştiano Premyer Liqanın XII turunda “Tottenhem”ə qalib gəldikləri matçda (2:0) əvəzetmə kimi meydana daxil olmaqdan imtina etdiyi üçün klub tərəfindən cəzalandırılıb və heyətdən uzaqlaşdırılıb. Joao Feliksin isə “matrasçılar”ın baş məşqçisi Dieqo Simeone ilə arasındakı vəziyyət gərgindir.