“Makron Bordonu Putinə versin” – Danilov təklif edib

“Makron Bordonu Putinə versin” – Danilov təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasında qeyd ediblər ki, Ukrayna ərazilərini təcavüzkara vermək təklifi TAM SƏRSƏMLİKDİR!

“Fransa Prezidenti Emmanuel Makron Bordonu Rusiya lideri Vladimir Putinə verə bilər – əgər ki, o, təcavüzkarla «təhlükəsizlik zəmanəti» barədə danışıq aparmaq və güzəştlərə getmək istəyirsə”, – MTMŞ katibi Aleksey Danilov telemarafon efirindən bəyan edib («UNİAN»).

«Əsər kimsə hesab edirsə ki, biz, üzr istəməliyik və Krımı, Donetsk və Luqansk vilayətlərini onlara verməliyik, bu, tam sərsəmlikdir. Üstəlik də mən, başa düşə bilmirəm, siz, terrorçu ilə hansı formada danşırsınız? Bax, təsəvvür edin, Bayden və Üsamə ben Laden masa arxasında otururlar və onlar Üsamə bin Ladenə zəmanət barədə danışıqlara başlayırlar» – Danilov qəzəblənib.

MTMŞ katibi həm də Makrona müraciət edib və onun Rusiyaya güzəşlər və Putinin nüfuzunun saxlanması barədəki təklifini şərh edib. «Siz, nə vaxt fikirləşirsinizsə ki, onunla nə barədə isə danışmaq lazımdır, ona hansısa zəmanət vermək lazımdır – o zaman özünüzün Bordonuzu ona verin. Bizimkini vermək lazım deyil, biz özümüz ayırd edərik» – Danilov fikrinə yekun vurub

Beləliklə, Makron növbəti dəfə «itdən düşmüş» oldumu?!

İndi isə düşünürük ki, Fransa kimi böyük və nüfuzlu bir dövlətin Prezidentini belə rüsvayçılığa sürükləyən səbəblərə diqqət yetirməyin vaxtı yetişib.

AzPolitika.info