İddiaya görə, meyxanaçı Vahid Qədim Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Rusiyada yaşayan dostunun məlumatına görə, Vahid Qədim sonuncu dəfə 20 gün öncə əlaqə saxlayıb, Luqansk istiqamətinə getdiklərini bildirib və ondan sonra onunla əlaqə kəsilib.
“Bir müddət öncə KİV-də məlumat yayılmışdı ki, meyxanaçı Vahid Qədim Rusiyada sevgilisini bıçaqlayıb” – Hərbi bloqer Tofiq Şahmuradov bildirib.
Tribuna.az meyxanaçı ilə bağlı dosye hazırlayıb. Vahid Qədim (əsl adı Vahid Ağabala oğlu Səfərov) 1973-cü il təvəllüdlü tanınmış Azərbaycan meyxanaçısıdır. Rusiyada yaşayıb fəaliyyət göstərən, meyxana məclislərində söz ustadı kimi tanınan Vahid Qədim, vaxtilə mülki-hüquqi öhdəliklərin icrasından yayınma səbəbilə axtarışa verilməsi və hüquq-mühafizə orqanları ilə bağlı xəbərlərlə gündəmə gəlib.
2018-ci ildə Xətai Rayon Polis İdarəsi tərəfindən mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxs kimi axtarışa verilib. O, dələduzluqda ittiham olunaraq barəsində cinayət işi açılıb.
Həsən Ağa









