Luqanskda indiyədək 11 yaşayış məntəqəsi azad edilib

Luqanskda indiyədək 11 yaşayış məntəqəsi azad edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İndiyədək Luqanskda əsasən kiçik kəndlərdən ibarət 11 yaşayış məntəqəsi işğaldan azad edilib”.
TİA.AZ xəbər verir ki, bunu Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Luqansk vilayətində irəliləməsi digər ərazilərdə olduğu kimi sürətli deyil:
“Bunun əsas səbəbi qarşı tərəfin ciddi müdafiə hazırlığıdır. Rusiya ordusu bu istiqamətdə kifayət qədər güclü hazırlaşıb”.
Qaydayın sözlərinə görə, ruslar Luqanskda hər yeri minalayırlar.