Əcnəbi əsilli futbolçular bizimlə oynamaqdan həmişə zövq alıb və bu barədə heç bir şey dəyişməyib.
Axar.az xəbər verir ki, bu sözləri futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.
“Məsud irqçiliklə bağlı ittihamları çox şişirtdi. Bunu əminliklə deyə bilərəm ki, komandada əsla irqçi bir yanaşma, ifadə olmayıb. Məsudun əvvəl meneceri mənə zəng vurdu və açıqlama verəcəklərini söylədi. Bu günə kimi mənə həmişə Məsud zəng vururdu, aramız yaxşı idi. Fərqli bir yol sınadı. 2 həftədir onunla əlaqə qurmağa çalışıram, mesaj yazıram, ancaq alınmır. Məsud Özil öz yolunu seçdi. Hörmətlə yanaşmalıyam”, – Löv bildirib.









