LOTEREYA TƏLƏSİ… İNSANLAR BU FIRILDAĞA NECƏ ALDANIR? – SORĞU

LOTEREYA TƏLƏSİ… İNSANLAR BU FIRILDAĞA NECƏ ALDANIR? – SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın George İnstitutunun alimləri müəyyən ediblər ki, insanların çoxu ani və adi lotereyalar, eləcə də binqo kimi məşhur və zahirən zərərsiz oyunların dağıdıcı təsirini çox aşağı qiymətləndirirlər.

Tribuna.az xəbər verir ki, tədqiqatçılar 2,1 mindən çox avstraliyalılar arasında ən populyar 9 qumar növünə münasibəti ilə bağlı sorğu keçirib. Məlum olub ki, onlardan yalnız 5-i sorğu iştirakçıları tərəfindən zərərli hesab edilir: oyun avtomatları (70%), kazino oyunları (64%), it yarışlarına və at yarışlarına mərclər (hər biri 59%) və idman mərcləri (53%).

Qumar kateqoriyasına da aid olan digər oyunlar – ani lotereya (scratch kartlar), keno və adi lotereya, eləcə də binqo – iştirakçıların böyük əksəriyyəti tərəfindən zərərli hesab edilməyib.
Alimlər pandemiya dövründə qumara marağın əhəmiyyətli dərəcədə artdığını vurğulayırlar. İndi sual yaranır, onların vurduğu zərəri necə minimuma endirmək olar?.

Tədqiqatçılar qeyd edirlər ki, qumar oyununun daha “yumşaq” formaları həyatımıza o qədər daxil olub ki, insanlar artıq onları əslində olduğu kimi qəbul etmirlər. Bir başqa problem isə ondadır ki, bu təhlükəli oyunlar çox əlçatandır. Ani uduş vədi cızıq-zolaqlı lotereya kartlarını problemli oyunçular üçün olduqca cəlbedici edir.

Sorğu həmçinin bir çox tədqiqat iştirakçılarının oyun avtomatları, kazino oyunları və idman mərc oyunlarına əlavə məhdudiyyətləri dəstəkləməyə hazır olduğunu göstərdi. Bununla belə, onlar lotereya və binqonu zərərsiz əyləncə hesab edibilər. Halbuki ani lotereya oyunlarının hamısı zərərli hesab olunur.

Tribuna.az