Lionel Messi: “Heç bir bəhanəyə yer yoxdur”

“Bəhanəmiz yoxdur” – MESSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç bir bəhanəyə yer yoxdur. Biz həmişəkindən daha sıx birləşəcəyik. Komandamız güclüdür və bunu göstərdik”.

Tribuna.az-ın məlumatına görə, bunu Argentina millisinin kapitanı Lionel Messi Qətərdəki dünya çempionatında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzduqları C qrupunun ilk tur oyunundan sonra deyib.

35 yaşlı futbolçu bu məğlubiyyəti gözləmədiklərini bildirib: “Uzun müddətdir qarşılaşmadığımız bir vəziyyətdir. Bizim üçün ağır zərbə oldu. Amma əsl komanda olduğumuzu göstərməliyik”.

Qeyd edək ki, Argentina yığmasının yeganə qolunu penaltidən Lionel Messi vurub.